Türkmənlərin Golan təpələri, Tramp, İsrail, Suriya... – AÇAR SÖZ "NEFT" İMİŞ!

Baxış sayı:
6151

ABŞ-ın Golan təpələrini İsrail ərazisi kimi tanımasının səbəbi bəlli olub. ABŞ-da fəaliyyət göstərən yəhudi şirkəti “Afek Oil and Gas” 2015-ci ildə regionda neft yataqlarının olduğunu aşkara çıxarıbmış. Ötən 3 il ərzində 10 quyu qazıb istismar edən şirkət işlərinə davam etməkdədir. Dünən ABŞ Golan təpələrini İsrail ərazisi olaraq tanıdı Donald Tramp, Neyanyahu ilə birlikdə keçirdiyi birgə mətbuat konfransında İsrailin işğalı altındakı Golan təpələrini İsrail ərazisi olaraq tanıdığı sənədi imzaladı. Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl İraq Türkmən Cəbhəsinin lideri Erşad Salihi ABŞ prezidenti Donald Trampın “52 ildən sonra ABŞ üçün İsrailin Golan təpələri üzərindəki suverenliyini tanımaq qərarının vaxtı çatdı” açıqlamasına cavab verərək öz “Tvitter” səhifəsində Golan təpələrinin, sakinlərinin və qanuni mülk sənədləriin türkmənlərə məxsus olmasının Kuneytrada təsdiqləndiyini bildirmişdi (Əl-Kuneytra – Suriyanın cənub-qərbində tərk edilmiş şəhərdir və BMT-nin idarəsi altındadır – red.).vŞalihi Golan təpələri ilə bağlı yazmışdı: “Suriyada dörd il yaşamışam. Buna görə də, regionun topoqrafiyasını və coğrafiyasını bilirəm. Orada yaşayanlar suriyalı türkmənlərdir. Lakin 1967-ci ildə baş vermiş işğal, türkmənlərin paytaxt Dəməşq şəhərində köçkün kimi məskunlaşmasına səbəb oldu. Ora nə İsrail, nə də ərəb bölgəsidir. Golan təpələri türkmən bölgəsidir”./Hurriyyet