Türkmənlər Suriyada haqlarını tələb edir: Soçi Konqresində TƏMSİL OLUNMAQ İSTƏYİR

Suriya Türkmən Məclisinin sədri Bozoğlan, "Əsas tələbimiz Suriya Türkmənlərinə" qurucu xalq statusu verilməsidir” deyib.
 
Suriya Türkmən Məclisinin sədri Əmin Bozoğlan, Türkmənlərin Suriyadakı varlığını konstitusion olaraq tanıyacaq, qoruyacaq və bütün hüquqlarını zəmanət altına alacaq bir hüquqi status qazanmasını təmin etməyə çalışdıqlarını bildirərək "Bu məqamda əsas tələbimiz Suriya Türkmənlərinə qurucu xalq statusu verilməsidir” deyə, bildirib.
Bozoğlan, Ankarada Suriya Türkmən Məclisinin mərkəzi ofisində keçirdiyi mətbuat konfransında "Suriya Türkmənləri olaraq 2011-ci ildən bu yana vermiş olduğumuz şərəf və azadlıq uğrunda mübarizə yeni bir mərhələyə çatmışdır. Suriya və Yaxın Şərqdə balansların dəyişməsi nəticəsində siyasi həll prosesi ön plana çıxmışdır" deyə, söyləyib.
Bozoğlan, "Suriyadakı bütün xalqların təmsil ediləcəyi elan edilən və Soçidə toplanması planlaşdıran Suriya Milli Dialoq Konqresinə Suriya Türkmən Məclisi olaraq, Türkmənləri təmsil edən heyətlə qatılmağı arzulayırıq. Bu çərçivədə lazımi işləri başlatmışıq" deyə, əsas niyyətilərini ifadə edib.
Müxalifət.az