Türkmənbaşının hərbi şücaəti... - VİDEO

Avstriyadan yayımlanan “Türkmənistan Xronikası” adlı internet nəşri daha öncə Türkmənistan dövlət televiziyasında nümayiş etdirilmiş kadrları dərc edib.
 
Xüsusi təyinatlılar kimi geyinmiş Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov hərbçilər və güc strukturlarının təmsilçiləri üçün özünəməxsus tərzdə “gənc döyüşçü kursu” keçib.
Bildirilir ki, kadrlarda əks olunmuş “hərbi şücaət” Aşqabad yaxınlığındakı poliqonda baş tutub. Dövlət başçısı şəxsi nümunəsi ilə güc strukturlarının rəhbərlərinə göstərib ki, silahla davranmaq və düşmənə bıçaq atmaq necə olmalıdır./virtualaz.org