Türkmənbaşıdan Putinə qeyri-adi hədiyyə - Foto

Soçidə Türkmənistan və Rusiya prezidentləri arasında görüş baş tutub. 
Bu barədə “Zvezda” kanalı informasiya yayıb. 
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov görüş zamanı Rusiya Prezidenti Vladimir Putini keçmiş ad günü münasibəti ilə təbrik edərək ona Alabay cinsindən olan “Vernıy” (sadiq) adlı it hədiyyə edib.