​Türkmənbaşı sürprizlər edir: BÜTÜN QADINLARA...

Baxış sayı:
3580

Türkmənistanda qadınlara 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə Prezident Qurbanqulu Berdiməhəmmədovun adından 40 türkmən manatı (11 dollar) pul veriləcək.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Türkmənistanın hökumət qəzeti olan “Neytral Türkmənistan” yayıb. Berdiməhəmmədovun əmrinə əsasən pul mükafatını ölkənin bütün müəssisə və təşkilatında çalışan qadınlar alacaq. Mükafatlar həmçinin təqaüdə çıxan, dövlət yardımı alan, aspiranturada, universitetlərdə, məktəblərdə təhsil alan qadınlara da şamil olunacaq.
Qeyd edək ki, Türkmənistan qadınlara bu cür hədiyyə eks-prezident Saparmurat Niyazovun dövründən verilir.