​Türkmənbaşı əmr verdi: ölkədə ancaq ağ rəngli avtomobil olacaq

Baxış sayı:
4385

Türkmənistan hakimiyyətinin əmri əsasında bütün ölkə boyu ancaq ağ rəngli avtomobillərə icazə verəcək, bütün digər qalan rəngli avtomobillər qadağan olunur.
 
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, ilin əvvəllərindən polis Aşqabad yollarında ağ rəngdən başqa qalan avtomobilləri saxlayıb cərimə dayanacağına yerləşdirirdi. İndi bu qadağa bütün ölkə boyu tətbiq edilir. Çünki prezident Qurbanqulu Berdıməhəmmədovun əmri belədir ki, Aşqabag gününün qeyd olunacağı mayın 25-nə qədər şəhərdə bir dənə də başqa rəng avtomobil qalmamalıdır. Ağ rəng prezident Qurbanqulu Berdıməhəmmədovun sevimli rəngidir.

Əvvəllər Aşqabad sakinləri başqa rəngdə olan avtomobillərini regionlarda sata bilirdi. İndi regionlarda da belə avtomobilləri qeydiyyata almırlar. Nəticədə onların bir yolu qalır-avtomobillərini ağ rəngdə rənglətmək. Lakin bu da asan deyil, ölkədə yaranmış ajiotajla bağlı bu xidmət kəskin bahalaşıb. Bir avtomobilin ağ rəngdə rənglənməsi 5150 dollara başa gəlir. Özəl avtoservislərdə xidmət xeyli ucuzdur. Amma keyfiyyət aşağıdır.

Qadağa ilə bağlı ağ rəngə də tələbat kəskin artıb. Birləşmiş Ərəb Əmirliklərindən gətirilən ağ rəngin qiyməti 1.5 dəfə artıb. Avtoservislər müştərilərinə daha ucuz Çin boyası təklif edir. Avtomobilin rənglənməsi azı bir aya başa gəlir. Bu müddət ərzində gündəlik çörəkpulunu taksi xidmətindən çıxaranlar işsiz qalır. Avtomobil rənglənəndən sonra ona təzədən sənədlər almaq, sığortalatmaq və s. lazımdır. Habelə avtomobil sahibləri sənədləri almaq üçün DYP rəisinə ərizə yazmalıdır ki, avtomobilini ağ rəngdə könüllü olaraq boyadır.