​Turkmənbaşi İlham Əliyevin Aşqabad səfəri ilə bağlı tapşırıq verdi - “HAZIRLIQ İŞLƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ TƏMİN OLUNSUN!”

Baxış sayı:
304

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfərə gedəcək.
Virtualaz.org “turkmenportal” nəşrinə istinadən bildirir ki, səfərə hazırlıq barədə hökumətin iclasında Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Rəşid Mərədov məlumat verib.
Türkmənistanın Dövlət İnformasiya Agentliyi  bildirir ki, danışıqların yekununda ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra mühüm sənədlərin imzalanacağı gözlənilir.
Prezident Qurbanqulu Berdıməhəmmədov qeyd edib ki, dostluq əlaqələri yeni mərhələyə qədəm basmış Türkmənistan və Azərbaycanın əməkdaşlıq üçün böyük perspektivləri var.
Q.Berdıməhəmmədov qarşıdan gələn görüşün iki ölkənin münasibətlərində yeni mərhələ açacağına əmin olduğunu bəyan edərək, Rəşid Mərədova Azərbaycan Prezidentini qarşılamaq üçün hazırlıq işlərini yüksək səviyyədə qurmağı tapşırıb.
Qeyd edək ki, Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.