​"TÜRKMƏNATOR" KİMDİR? - Berdımühəmmədovun hərəkətləri dünyanın diqqət mərkəzində...

Türkmənistan prezidentinin hərbi bacarıqlarını nümayiş etdirdiyi video, sosial meŞəkil: 'Türkmənator' silahını doldururdiada geniş yayılsa da, populyarlığın səbəbi düşündüyümüz kimi deyil.
Ölkənin müxalif internet səhifəsi Türkmənistan Xronikası, prezident Qurbanqulu Berdiməhəmmədovun atıcılıq bacarıqlarını nümayiş etdirdiyi və dövlət kanalında yayımlanan videosunu dəyişərək təqdim edib.
Səhifə videonun əvvəlinə Arnold Schwarzenegger-n Commando filmindən bir hissə yerləşdirib.
Video - dəyişilmiş formada - ötən 24 saat ərzində 250.000 dəfədən çox izlənilib və kinayəli şərhlərlə müşayiət olunub.
Bəziləri prezidenti "Türkmənator" adlandırıb.
Dövlət kanalının təqdim etdiyi videoda prezident Berdıməhəmmədovun - o həmçinin, bu mərkəzi Asiya ölkəsinin silahlı qüvvələrinin ali baş komandanıdır - hədəfə atəş açdığı görülür.
Aparıcı deyir ki, prezidentin bacarıqları "hərbçilər ilə rəqabət aparacaq qədər yaxşıdır".
Fəqət, hər kəs bununla razılaşmır.
Bir sosial media istifadəçisi, onun yaxın məsafəli hədəf üçün teleskopik baxış atışı etdiyini yazıb.
 
Prezident hədəfi vura bilibmi?
 
Bəziləri onun özünü göstərməyə çalışdığını dilə gətiriblər. Bir YouTube istifadəçisi yazıb: "O, heç (orduda) xidmət etməyib, amma, özünü elə aparır ki, sanki hər şeyi bilir və bacarır."
Prezidentə Suriyaya gedib, oradakı vəziyyəti düzəltməyi təklif edənlər də olub.
İnsanlar, onun Şimali Koreya lideri Kim Conq-un və Rusiya prezidenti Vladimir Putin ilə oxşarlığı olduğunu da vurğulayıblar.
Batır Jandarbəyov sual edib: "Görəsən onun Şimali Koreya lideri ilə qohumluq əlaqəsi var?"
Bəziləri isə onun bacarıqlarını təqdirəlayiq hesab edib. "Əhsən," Serqey Afanasyev yazıb və əlavə edib: "O, hər şeyi mükəmməl icra etdi. Çox yaxşı görünür və silahlardan necə istifadə etmək lazım gəldiyini bilir!"
Prezident Berdıməhəmmədov 2007-ci ildən bəri Türkmənistanın lideridir və diktatordur.
Ölkə, dünyanın ən repressiv ölkələrindən biri kimi tanınır.
Bu, ilk dəfə deyil ki, prezident öz saysız bacarıqlarını nümayiş etdirsin.
Sağlam cəmiyyət qurmaq məqsədilə o, nazirlər üçün fitness məşğələsi videosu ilə çıxış etmışdi:
 
Prezident nazirlərə məşq prosesini göstərir
 
2012-ci ildə isə o, Bugatti idman maşınını idarə edərkən lentə alınıb.
2017-ci ilin yanvarında prezident Axal vilayətində qaz kimyəvi kompleksinə baş çəkərkən mahnı da ifa edib.
 
Cəsarətli prezident seçicilər üçün mahnı ifa edib
 
İncəsənət və ədəbiyyata da biganə qalmayan prezident, poeziyaya müraciət edib və çay haqqında kitab yazıb.
Lakin, onun ictimai çıxışlarının hamısı yağ kimi getməyib. 2013-cü ildə iştirak etdiyi yarışda atdan yıxılıb. Çətin yarışa baxmayaraq, o qalib gəlmişdi!
Bir çox istifadəçilər Türkmənistanı Rusiya və prezident Berdıməhəmmədovun fəaliyyətini prezident Putinin maço üslubu ilə müqayisə edib (BBC).