Türkmanlardan Makrona: Terrorun dəstəkçisi...

Baxış sayı:
11872

Suriya Türkman Məclisi (STM) Fransa Prezidenti Emmanuel Makronun PYD-nin nəzarətində olan Suriya Demokratik Qüvvələrindən (SDQ) olan nümayəndələri qəbul etməsini qınayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə STM yazılı açıqlama yayıb.
“Makronun SDQ-yə bağlı heyəti qəbul etməsi bir daha ABŞ, İsrail və Fransanın liderliyindəki Qərbin PYD/YPG/SDQ terror təşkilatının beynəlxalq arenada dəstəkçisi olduğunu göstərdi. Makronun terror təşkilatına dəstək verməsini şiddətlə qınayırıq”, - açıqlamada qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl Yelisey sarayından verilən açıqlamada Fransa Prezidenti Emmanuel Makronun PYD-nin nəzarətində olan Suriya Demokratik Qüvvələrindən (SDQ) olan nümayəndələri qəbul etdiyi bildirilmişdi.