Türkman lider Kərkükə müxtariyyət tələb etdi

Kərkükə muxtariyyət verilməlidir. 
Bunu “Star” qəzetinə açıqlamasında Kərkük İraq Türkləri Dərnəyinin rəhbəri Mehmet Tütüncü söyləyib. 
“İraq Konstitusiyasına görə, buraya 2003-cü ildən sonra gətirilən kürd miqrantlar İraq Kürd Muxtariyyətinə yenidən geri göndərilməli, daha sonra isə əhalinin hesablanması aparılmalıdır. Kərkükə Bağdada tabe olan muxtariyyət verilməlidir. 
Bərzaninin qurmaq istədiyi Kürdüstan üçün Kərkük həyati önəm daşıyırdı. Onların müstəqillik referendumu əllərindəki bütün imkanları itirmələrinə səbəb oldu”, – deyə o bildirib/