Türklərin məlumatlarını İsrailə KIM ÖTÜRÜR?

Baxış sayı:
5077

İsrailin “Ben Gurion Hava Limanında sorğuya çəkilən Türklərə məhrəm suallar verilməsi bir çox sual işarəsi yaradıb. Bu məlumatları İsrailin necə əldə etdiyi hələ bilinmir.
 
Türk vətəndaşlarının Qüds səfərini iflasa uğratmağa çalışan İsrail, “Ben Gurion” Hava Limanını sanki psixoloji zorakılıq mərkəzinə çevirib. Ziyarətçiləri nəzarətə alaraq saatlarla ağlagəlməz suallar soruşan İsrail polisinin son sorğuladığı şəxs isə İstanbul Böyükşəhər Bələdiyyəsinin CHP-li Məclis üzvü Seyid Əli Aydoğmuş olub. Aydoğmuşa 1980-ci illərdəki həmkarlar ittifaqındakı fəaliyyətlərindən, 12 sentyabr çevrilişi zamanı yaşadıqlarına qədər bir sıra məhrəm sual yönəldən İsrail orqanlarının bu məlumatları necə əldə etdiyini “Yeni Şəfəq” qəzeti araşdırıb.
 
KÖSTƏBƏK İDDİASI
 
Məsələ ilə bağlı danışan vəkil Cihad Gökdemir, ANASOL hökuməti dövründə Maliyyə və Milli Təhsil Nazirliyinin məlumat hesablama infrastrukturunun İsrail mənşəli firmalara verildiyini bildirərək, "O vaxt müəllimlərin məlumatları internetə düşüncə bu firmalarla müqavilələr ləğv edildi. Ancaq İsrailin verdiyi suallar arasında təzə məlumatlar da var. Türkiyədən biriləri vətəndaşların məhrəm məlumatlarını İsraillə ötürür. Dövlətin bu köstəbəkləri araşdırıb, tapması lazımdır, amma kimsə bu hadisənin üzərinə getmir" deyə söyləyib. Gökdemir, "Daha əvvəl müxtəlif dövlət qurumlarının infrastrukturları İsrailli firmalar tərəfindən qurulduğu müəyyən olunmuşdu. Bu firmaların qalıqları şəxsi məlumatları İsrailə ötürə bilər" deyib.
Müxalifət.az