Türklər Yunan gəmisini həbs etdi

Baxış sayı:
1276

Şimali Kipr Türk Cümhuriyyətinin su sərhədlərinə icazəsiz giriş edən Yunanıstan bayraqlı bir gəmiyə əl qoyulub.
 
Şimali Kipr Türk Cümhuriyyətindəki (Şimali Kipr), Koruçam kəndinin 7.5 dəniz mili qərb burnunda, Yunanıstan bayraqlı bir gəmi Şimali Kiprin su sərhədlərinə icazəsiz şəkildə girdiyi üçün əməliyyat başladılıb.
Gəmidə xidmət edən 5 Misir əsilli Əhməd Farag Taha Elzahed, Sameh Sobheye Əli Moharam, Abdelraouf Əl Dayed Abdelrahman, Abdou İbrahim Eid İbrahim Elgendy və Amr Mahmud Abdou Mohamedkişi Sahil Təhlükəsizlik Komandanlığı tərəfindən həbs olunaraq polisə təslim edilib.
Polisdən gəminin icazəsiz balıq ovlayarkən Sahil Təhlükəsizlik dəstələri tərəfindən müəyyən edildiyi bildirilib. Polisdən verilən açıqlamad,a gəmidə yaxalanan şəxslərin nəzarətə alındığı, gəminin Sahil Təhlükəsizlik dəstələri tərəfindən Girne Limanına çəkildiyi bildirilib.
Hadisə ilə bağlı istintaq davam edir.
Müxalifət.az