Türklər Qarabağa tur təşkil edən saytları dağıtdı – Erməni KİV

Türk hakerlər Ermənistanın İnkişaf Fondu və Ermənistan Dövlət Xidməti Şurasının rəsmi saytı da daxil olmaqla bu ölkənin bir sıra elektron resurslarını sıradan çıxarıblar.
 
Erməni KİV xəbər verir ki, bu barədə kiber-təhlükəsizlik üzrə ekspert Samvel Martirosyan məlumat verib.
O, iddia edib ki, aksiya azərbaycanlı hakerlərə dəstək məqsədi daşıyıb. Nəticədə 7 erməni saytına haker hücumu təşkil edilib.
Məlum olub ki, dağıdılan domenlərin böyük əksəriyyəti Azərbaycanın işğal altındakı bölgələrinə səyahət turları təşkil edən qurumların saytlarına məxsusdur.