Türkiyəyə veriləcək F-35-lər İsraili vahiməyə saldı

Baxış sayı:
7657

 Türkiyənin Şərqi Aralıq dənizi və Yaxın Şərqdə ali hərbi qabiliyyət və konkret güc verəcək S-400 və F-35-lərə malik olması İsraili təlaşlandırıb. “Jerusalem Post” qəzeti Türkiyənin ABŞ-da F-35 təyyarələrini almasının İsrailin bölgədəki təsirinə zərbə vuracağına diqqət çəkib. Xəbər, "Türkiyənin F-35 itkisi ilə İsrail hava üstünlüyünü qoruyacaq” başlığı ilə verilib.
 
İsrail Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi F-35-lərə və Rusiyanın inkişaf etmiş S-400 hava müdafiə sistemlərinə eyni anda sahib olmasından çəkinir. Şərqi Aralıq dənizi və Yaxın Şərqdə Türkiyəyə yüksək hərbi qabiliyyət və konkret güc verəcək həmlə qarşısında İsrailin “Jerusalem Post” qəzeti diqqəti çəkən bir yazı dərc edib. "Türkiyənin F-35 itkisi İsrail hava üstünlüyünü qoruyacaq" başlığı ilə verilən yazıda, ABŞ-ın S-400-lərin Türkiyəyə ixrac edildiyi təqdirdə F-35-ləri təslim etməyəcəyi təhdidi sevinclə qarşılanıb. Xəbərdə, Yaxın Şərqdə hazırda 14 ədəd F-35 A model təyyarələrə malik olan ölkənin İsrail olduğuna diqqət çəkilib və Türkiyənin ehtimal olunan F-35 qəbulunun İsrailin bölgədəki təsirinə zərbə vuracağına diqqət çəkilib. İsrail 2024-ə qədər 50 F-35 satın almağı planlaşdırarkən, Türkiyənin 100 F-35 sifarişi verdiyi məlum olur.
 
EVANGELİK DƏSTƏK
 
 İsrail rəhbərliyi Türkiyəni regional mənada özünə ən böyük rəqib qəbul edir. İsrail qəzeti “Haaretz”-ə keçən il avqust ayında müsahibə verən bir səlahiyyətli, Türkiyənin F-35 qəbulundan duyulan narahatlığı, "İsrailin hərbi üstünlüyünün davamı üçün Yaxın Şərqdə F-35-lərə malik yeganə ölkə olmağımız vacibdir" sözlərini dilə gətirmişdi. Bu məsələdə Ağ Evdə güclü olan evangelik lobbinin dəstəyini də alan İsrail, F-35-lərin Türkiyəyə təslim edilməməsi üçün hər yolu sınayır. Evangelik lobbinin öndə gələn şəxslərindən olan ABŞ-ın vitse-prezidenti Mayk Pensin Türkiyənin S-400 alışını F-35-lərlə əlaqələndirilməsinin də İsrail maraqlarını qorumaq məqsədli olduğu qiymətləndirilir. ABŞ rəhbərliyi ən son İsrailə əlindəki ən inkişaf etmiş yüksək ucalıqlı hava müdafiə sistemi THAADI təslim etmişdi.
Müxalifət.az