Türkiyəyə sui-qəsd üçün gəldilər, İKİSİ DƏ YAXALANDI

Baxış sayı:
7543

İstanbulun Atatürk Hava Limanında ötən aprel ayının son günlərində Rusiyadan gələn 2 Çeçen əsilli şəxsin vəziyyətlərindən şübhələnərək araşdırılan zaman, onların telefonlarından İstanbul Polis rəisi Mustafa Çalışqanın fotoları çıxıb.
 
İŞİD cəlladlarının baş kəsmə görüntülərinin də təsbit edildiyi telefonlarda İstanbul Polis rəisi Çalışqana aid olduğu irəli sürülən, ancaq qətiyyən düzgün olmayan sosial media yazışmaları da müəyyən edilib.
 
"İNAD QRUPRNA " YAXALANDILAR
 
Atatürk Hava Limanında başda İŞİD olmaqla, müxtəlif terror təşkilatlarının üzvü olan və YTS (xarici terrorçu döyüşçü) olaraq adlandırılan terrorçuların aşkar olunaraq zərərsizləşdirilməsi üçün iş aparan İstanbul Polis İdarəsi Təhcizat Şöbəsinə bağlı "İNAD Qrupu” 29 apreldə Rusiyadan gələn bir təyyarə ilə hava limanına giriş edən Çeçen əsilli iki şəxsi vəziyyətlərindən şübhələnib. Bir müddət onlar izlənib.


 
BAŞ KƏSMƏ VƏ SADİQLİK ANDI GÖRÜNTÜLƏRİ
 
İzləmədən sonra şübhəli kimi qiymətləndirilən Rus pasportlu I.M. və M.R. adlı şəxslər müsahibə və nəzarət otağına alınıb. Müsahibədə İstanbula turist səfər üçün gəldiklərini ifadə edən 2 şübhəlinin şəxsi əşyalarını və telefonlarını da araşdırmağa alan xüsusi qrup, apardıqları tədqiqatda şübhəlilərin cib telefonlarında, İŞİD cəlladları tərəfindən edilən baş kəsmə görüntüləri, İŞİD əmrinə bağlılıq və itaət andı görüntüləri və İstanbul Vilayət Əmniyyət müdiri Mustafa Çalışqanın fotoşəkillərini müəyyən edib.
 
ÇALIŞQANIN ŞƏKLİ VƏ YALANÇI YAZIŞMALARI
 
Nəzarətə alınıb, İstanbul Polis İdarəsi Təhcizat Şöbəsinə gətirilən 2 terror şübhəlisinin telefonlarını diqqətlə araşdıran qruplar, Polis rəisi Çalışqanın "Türkiyə ilə Rusiyanın yaxınlaşmasından duyduğu məmnuniyyəti izah edən, ancaq qətiyyən düzgün olmayan sosial media yazışmalarını da müəyyən edib.
Montaj üsulu ilə yaradılan yazışmaların, 2 terror şübhəlisinin telefonuna terror təşkilatı İŞİD-ın əmirliyində yerləşən üst səviyyə idarəçilər tərəfindən göndərildiyi təsbit edilərkən, ötən həftə çıxardıqları məhkəmədə həbs olunan 2 terror şübhəlisinin sorğularında təşkilat üzvü olmadıqlarını iddia ediblər və görüntüləri də elə belə telefonlarına qoyduqlarını bildiriblər.
 
ƏLAQƏLƏR ARAŞDIRILIR
 
Ehtimal edilən bir sui-qəsd üçün Türkiyəyə gəldikləri qiymətləndirilən 2 terror şübhəlisinin, ölkə daxilindəki və xarici əlaqələrinin müəyyən edilməsi üçün çalışmalarını davam etdirən İstanbul polisi, təhlükəsizlik tədbirlərini də artırıb.

Müxalifət.az