​Türkiyəyə ŞOK TƏHDİD: “Açıq deyirik, nəticəsi...”

Baxış sayı:
6928

ABŞ Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alan Türkiyəni növbəti dəfə təhdid edib.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Paxon Türkiyənin Rusiyadan raket sistemləri almasının Ankara üçün pis nəticəsinin olacağını bildirib.
Pentaqon rəsmisi bununla bağlı Türkiyəyə xəbərdarlıq etdiklərini də vurğulayıb:
“Türkiyənin hava hücumundan müdafiə sistemlərini gücləndirmək arzusunu bilirik. Amma Türkiyənin bu məqsədlə Rusiyadan “S-400” sistemləri alması ABŞ və Türkiyə arasında hərbi sahədəki əməkdaşlığı üçün ağır nəticələr doğuracaq.
Müdafiə ehtiyaclarını ödəmək üçün Türkiyəyə alternativlər tapmasına kömək etmək üçün çalışırıq.
Bununla belə, “S-400” sistemlərini satın almasının ağır nəticələrinin olacağı barədə də xəbərdarlıq edirik. Bu barədə açıq müzakirələr aparırıq. Əvvəllər də müdafiə sistemlərini NATO çərçivəsində gücləndirilməsinin vacibliyini vurğulamışıq”./Teleqraf