Türkiyəyə sanksiya layihəsini hazırlayan şəxs kimdir? - ŞOK DETALLAR

Baxış sayı:
766

ABŞ Konqresinin Nümayəndələr Palatası Xarici İşlər Komissiyası Türkiyənin S-400 aldığı təqdirdə sanksiya tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Muxalifet.az xəbər verir ki, qanunun memarı isə FETÖ-nun kiralıq senatorlarından Demokrat Partiyalı Eliot Engeldir. Engel ABŞ Konqresində terrorçubaşı Fətullah Gülənin müdafiəsinə yönəlik ilk rəsmi açıqlamanı vermişdi.
 
ABŞ-da FETÖ-nun kiralıq senatorlarından bir çoxunun imzasıyla keçən qanun layihəsində Ankara 'Rusya-İranla əlaqə yaratmaq' və 'Kipri işğal etməklə” günahlandırılır.

Xatırladaq ki, ABŞ Nümayəndələr Məclisi Xarici İşlər Komissiyası Türkiyəyə yönəlik sanksiya qanununu yekdilliklə qəbul edib. 10 mayda təqdim edilən və Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemi aldığı təqdirdə F-35 proqramından çıxarılması və sanksiya tətbiq olunması çağırışı edən qərar layihəsi də qəbul edilib.

Müxalifət.az