Türkiyəyə S-400-lə BAĞLI SÜRPRİZ TƏKLİF
2019-cu ilin iyulunda Türkiyəyə təhvilməsi gözlənilən S-400 hava müdafiə sistemi ilə bağlı Rusiya, yeni bir təkliflə çıxış edib.
Milli "Hisar” sistemləri hazır olana qədər Türkiyənin hava müdafiə ehtiyacını ödəyəcək S-400-lə bağlı istehsalçı şirkət Rosoboronexportdan kritik bir anons edilib.
Şirkətin rəhbəri Aleksandr Mixeyev, Türkiyəyə təhvil veriləcək S-400 sistemlərinin istehsalına başlandığını bildirib. Rus mətbuatına verdiyi müsahibədə S-400-lərə dair bütün məsələlərin razılaşdırıldığını bildirən Mixeyev, "İstehsalata başladıq. Bu məsələdə məsuliyyətimizi yerinə yetirəcəyik. Sazişə riayət etməyə başladıq" deyib.
ALÇAQ YÜKSƏKLİKli YENİ MÜDAFİƏ SİSTEMLƏRİ TƏKLİFİ
Bu arada Moskvadan Ankaraya yeni bir təklif gəlib. Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq İdarəsinin rəhbəri Dmitri Şugayev, Rusiyanın Türkiyəyə S-400 batareyalarına qoruma təmin etməsi üçün “Pantsir” hava müdafiə sistemləri göndərməyə hazır olduğunu deyib. Şugayev, "S-400-ün vaxtında və uğurla təhvil verilməsinin, hava müdafiə sistemləri sahəsindəki əməkdaşlığı genişləndirməyi təmin edəcəyinə əminəm. Sonrakı mərhələdə Türkiyəyə “Pantsir” sistemləri göndərilə bilər və bu, məntiqli olar" deyə, bildirib.
Kritik quru hədəflərinin qorunmasında (buna S-400-ün olduğu bölgə də daxil) "son müdafiə xətti funksiyasını yerinə yetirən" “Pantsir”, alçaq yüksəklikdəki təyyarələr, vertolyotlar, insansız uçuş aparatları və raketləri vurmağa yarayır.
Müxalifət.az