Türkiyəyə qarşı terrorçuları hərəkətə keçirdilər: Dördlüyün şər planı

Baxış sayı:
5842

Türkiyə Münbiç və Fəratın şərqindəki qətiyyətini ortaya qoyan kimi Suriyadakı bir çox terror qrupuna nəzarət edən Amerika və tərəfdarları İdlibdə Heyət Təhrir Şam (HTŞ) terror qrupu içərisindəki bəzi özəkləri işə salıb. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanına bağlı hərəkət edən HTŞ terrorçuları İdlibdə ASO nəzarətindəki kəndlərə hücum edib. İdlibin mərkəzində sui-qəsd təşkil edən HTŞ-lilər şəhər ətrafındakı bir neçə kəndi ələ keçirib. Ankara və Moskva rəhbərliyində təhlükəsizliyin təmin olunduğu bölgədə HTŞ mərkəzli təxribatların altından Körfəz mərkəzli şər ittifaqı çıxıb.
 
 Türkiyənin Suriyadakı ən həssas nöqtəsi olan İdlibi qarışdırmaq təlimatı alan HTŞ içərisindəki Misirli Şəriətlər qrupu ASO əleyhinə fətva verib. "ASO mürtəddir" (dindən çıxmış) deyilən fətvada, "ASO-ya hücum etmək, əlindəki torpaqları almaq caizdir" deyə qeyd edilib. İordaniyalı olan və İŞİD-a yaxınlığı ilə tanınan HTŞ-nin hərbi məsələlər üzrə məsul şəxsi Əbu Hüseyn İordaniyanın göstərişilə ASO-ya hücum edən təşkilat, Fəratın şərqinə yönəlik təhcizatı əngəlləmək üçün ASO-nun əlindəki silahlara əl qoyulmasını prioritet hədəf kimi müəyyənləşdirib. Açıq olaraq Türkiyə və dəstəklədiyi ASO qüvvələrini hədəf alan hücumlar artıb, HTŞ-nin şəri vəzifələrindən fətvaçı Əbu Yekzan əl Misri, Əbu Zubeyr el-Gazzi və HTŞ-li Əbu Hüseyn Hələbin qərbindəki Dared Izzəyə girdikdən sonra sanki düşmən torpağını azad etmiş kimi yeri öpərkən görüntülənib.
BƏƏ, Səudiyyə, Misir və İsrailin Körfəzdə apardıqları gizli toplantılardan sonra Amerikanın planlarını həyata keçirmək üçün hərəkətə keçən şər qüvvələrinin böyük planının hədəfində Türkiyənin istiqamətini Münbiç və Fəratın şərqindən uzaqlaşdıraraq Fəratın qərbinə, İdlibə çəkmək, Əsəd rejiminin Rusiya dəstəyi ilə bölgəyə hücumlarına zəmin hazırlamaq vasitəsilə Rusiya-Türkiyə ittifaqını və bu səbəblə Soçi anlaşmasını pozmaq, burada yeni miqrasiyalara yol açaraq Türkiyəni bir daha qaçqın axınları ilə vurmaq var.
Müxalifət.az