Türkiyəyə qarşı ŞOK TƏKLİF: “Sülh çeşməsi”nə cavab ola bilər

Baxış sayı:
7291

Fransanın ifrat sağçı “Milli Cəbhə” Partiyasının sədri Marin Le Pen Türkiyəni NATO-dan çıxarmağı təklif edib.
Muxalifet.az
RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, siyasətçi belə bəyanatı RCI telekanalının efirində səsləndirib.
Siyasətçi Avropa İttifaqını tənqid edib və bildirib ki, qurum “heç nə etmir və heç nə təklif etmir”. Onun fikrincə, Türkiyənin NATO-dan çıxarılması bu ölkənin Suriyaya “təcavüzünə” mümkün cavab ola bilər. Siyasətçi hesab edir ki, Ankara ittifaqda “meyarları pozub”.
Xatırladaq ki, daha əvvəl Fransa Milli Məclisində (parlamentin aşağı palatası) 8 siyasi fraksiyanın təmsilçiləri olan 60 deputat Suriyada həyata keçirilən “Sülh çeşməsi” əməliyyatına görə Türkiyəni NATO-dan çıxarmağı və sanksiyaların tətbiq olunmasını tələb edib.