Türkiyəyə qarşı sanksiya planı - TƏHLİL

Baxış sayı:
5185

Taha Dağlı – Haber7
 
S400-lər gəlir, geriyə addım yoxdur. Buna qarşılıq olaraq bəziləri də davamlı qorxu havası vururlar.
 
Qorxunun adı CAATSA qanunudur.
Yəni ABŞ-ın Rəqibləriylə Sanksiyalar Yoluyla Mübarizə Etmə Qanunu.
Qısacası "sanksiya".
Yəni S-400 alırıq deyə, ABŞ Türkiyəyə sanksiya tətbiq edəcək.
Yaxşı, necə bir sanksiyadır bu?
Təsirləri nə olacaq?
ABŞ-ın S-400-lərə qarşı Türkiyəyə sanksiya təhdidi aylardır davam edir.
Aylardır sırf adı "sanksiya" deyə, ortalığı qarışdırmağa çalışan bir kütlə var.
Həm daxildə, həm də xaricdə.
Məsələn, bazar ertəsi günü prezident Ərdoğan Bosniyaya gedərkən S-400lərin göndərilməsi ilə əlaqədar açıq danışdı, bir daha "geri addım yoxdur, S400-lər gəlir" mesajı verdi.
Bir neçə saat sonra BƏƏ-nə bağlı Al Ərəbiyə televiziyasının Türkiyə nümayəndəliyindən mənə zəng gəldi.
Nə vaxt mediada Türkiyəylə əlaqədar mənfi bir gəlişmə hissiyyatı yaşansa, həmişə zəng edirlər, sağ olsunlar.
Bu dəfə "S-400-lərin daşınması başlayırmış, ABŞ sanksiya tətbiq edəcək, Amerikan sanksiyaları Türk iqtisadiyyatına necə əks olunacaq, bu mövzuda reportaj etmək istəyirik" dedilər.
Bir müddət sonra müxbirləri gəldi.
Əlindəki kağıza sualı yazdırmışlar.
Məndən soruşdu, cavabını verdim, getdilər.
Al Ərəbiyənin dərdi "Türkiyədə iqtisadi böhran var, daha da böyüyəcək, Ərəb sərmayəçi bura gəlməsin, burada olanlar da şey-şüyünü yığıb, qaçsındır".
Al Ərəbiyə televiziyası BƏƏ-nin himayəsindədir, BƏƏ isə İsrailin.
BƏƏ-nə verilən vəzifə Türkiyəyə yönəlik hər cür düşmənçiliyi etməkdir.
2013 “Gəzinti təxribatı”, 2016 15 iyul çevriliş cəhdi, ikisinin arasındakı və sonrasındakı bütün terror hadisələri və s. hamısında BƏƏ-nin barmağı var, rolu var, təsiri var, pulu var.
BƏƏ və yayım orqanı Al Ərəbiyə bu an Türkiyənin iqtisadiyyatına fokuslanmış vəziyyətdədir.
Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinin Türkiyəyə yönəlik maraq və əlaqələrinə maneə törətmək üçün hər yolu sınayırlar, iş adamlarının, turistlərin Türkiyəyə gəlməməsi üçün əllərindən gələni edirlər.
Ona baxmayaraq Körfəzdən Türkiyəyə ciddi sərmayə var.
Məhz bunu baltalamaq üçün Ərəb dünyasının ən çox izlənilən yayım orqanlarından biri olan Al Ərəbiyə vasitəsilə "Türkiyə batır" deyə yalan yalan xəbərlər yayırlar.
İndi əllərində S-400-ə qarşılıq ABŞ-ın tətbiq etmək istədiyi CAATSA adlı sanksiya “kozır”ı da var.
"Amerika Türkiyəyə sanksiya tətbiq edəcək, iqtisadiyyat yaxşıca batacaq" deyə, ictimai fikir formalaşdırmağa çalışırlar.
Mənə gəlib, bunu soruşdular.
Cavablarını verdim, amma çox məmnun qaldıqlarını sanmıram.
Çünki söz mövzusu sanksiyalar əsla və əsla bir embarqo filan deyil.
Sanksiya olsa, bu Türkiyəni bötövlükdə əhatə etməyəcək.
Mövzu S-400 və Rusiyadır.
Ola biləcək sanksiya bu mövzuyla əlaqəli adam və təşkilatlarla əlaqədar olacaq.
Bir səlahiyyətlinin ABŞ-dakı bank hesablarının dondurulması, bir başqasının ABŞ vizası ala bilməməsi, bir şirkətin ABŞ firmalarıyla iş görə bilməməsi kimi maddələrdən ibarətdir.
Bənzəri keçən yaz Keşiş Brunson təhdidində yaşanmışdı.
İki nazirimizə fərdi sanksiya tətbiq edilmişdi.
Adı sanksiya olsa da, heç bir təsiri olmamışdı.
Onsuz da nazirlərimizin Amerikan banklarında nə hesabları, nə də Amerikada mal, ya da mülkləri vardı.
O fərdi sanksiya iqtisadiyyatı təhdid etmiş, sonra isə ABŞ sanksiyasını ləğv etmiş, işlər normala dönmüşdü.
İndi onun qədər belə təsir olmayacaq bir vəziyyət var ortada.
Çünki keçən yazdakı sanksiya qərarına Tramp da şəxsən Türk Lirəsini hədəf alan təhdidlərlə güc verməyə çalışmışdı.
Bu dəfə Tramp belə bir şey etməyəcək. S-400 mövzusundakı davranışı ortadadır.
Sanksiya qərarı çıxsa, Konqresdən çıxacaq.
Siyahı isə Trampun önünə gələcək, onun da sanksiya siyahısındakı bəzi maddələrdə dəyişiklik etməsi belə ola biləcək.
Ölkəni deyil, fərdləri hədəf alan bir sanksiyadan bəhs edilir.
Onun da iqtisadiyyata çox ağır bir zərbə vurması əsla gözlənilmir.
İşin gerçəyi budur.
Amma Al Ərəbiyə kimi televiziyalar bu gerçəyi sapdırıb, sanki ABŞ Türkiyəyə embarqo tətbiq edəcəkmiş, Türkiyə İran kimi olacaqmış kimi, bir hava əsdirir.
Bu qəbul sayəsində də xüsusilə, Ərəb sərmayəsinin gəlişini dayandırmaq, var olanı da qaçırmağı hesablayır.
 
Məhz bunu izah etdim Al Ərəbiyəyə.
Məndən ümid etdikləri cavabı ala bilmədilər, amma hər səfərində olduğu kimi, məndən sonra istədikləri cavabları ala biləcəkləri başqalarına da getmişlər şübhəsiz.
Nə də olsa "Türkiyə batır" deyə, ümid edən yalnız Birləşmiş Ərəb Əmrlikləri deyil, Türkiyədə də eyni sevdayla yanıb alovlananlar var.
Amerika bir kibrit çaxsın, biz də Türkiyədə yanğın törədək sevdası bunun adıdır.
Yoxsa tətbiq olunması söz mövzusu olan CAATSA sanksiyasıyla Türkiyədə bazarlarda keçici bir sarsıntı ola bilər bəlkə, amma bu əsla iqtisadiyyata zərbə vura bilməz.
Hazırladı: Müxalifət.az