Türkiyəyə qarşı QARANLIQ İTTİFAQ - ABŞ ərəbləri hərəkətə gətirir...

Baxış sayı:
5452

Şərqi Aralıq dənizində Yunanıstan-İsrail yaxınlaşmasına Körfəzin "çibanbaşı" Birləşmiş Ərəb Əmirliklərinin də (BƏƏ) ABŞ tərəfindən daxil edildiyi ortaya çıxmışdır. İsrail mərkəzli “Jerusalem Post” qəzetinin xəbərinə görə, Yunanıstanda təşkil edilən ən böyük hərbi təlim olaraq qiymətləndirilən “Iniohos 2019”-da, BƏƏ döyüş təyyarələri də İsrail, Yunanıstan və digər iştirakçı ölkələrlə birlikdə iştirak edib. Yunanıstanda, Ege və Şərq Aralıq dənizinin kəsişmə nöqtəsi Mora yarımadasında təşkil edilən və 12 apreldə sona çatan hərbi təliminə BƏƏ, İsrail, ABŞ, İtaliya, Cənubi Kipr Yunan Respublikası və az qala bütün Yunan hava qüvvələrinin qatılması diqqət çəkib. Diqqəti cəlb edən digər vacib bir məqam, təlimdə iştirak edən İsrail və İtaliyaya məxsus F-35 döyüş təyyarələri olub. Müxalifət.az