"Türkiyəyə qarşı planlar qurulur" - TÜRK GENERALDAN SENSASİON AÇIQLAMA

İraq və Suriyada baş verənlər bizim üçün təhdiddir.
 
Bunu “Sözcü”qəzetinə açıqlamasında ehtiyatda olan türkiyəli general Osman Pamukoğlu söyləyib.
“Bəzi addımları atmaq üçün gecikirik. Türkiyədəki NATO və ABŞ bazalarıyla bağlı yeni format tətbiq edilməlidir. İraqda Bərzani sayəsində Kürdüstanın quruluşu tamamlandı. İndi isə Suriyada Kürdüstan qurulur. ABŞ bu gün partizan dəstələrini orduya çevirir. Bunun adı “dövlətdir”.