Türkiyəyə qarşı əməliyyat hazırlığı!

Baxış sayı:
5413

Türkiyənin təhlükəsizlik üzrə eksperti Mete Yarar Türkiyəyə qarşı geniş miqyaslı əməliyyatların aparıldığını deyib. Mete Yarar bununla bağlı Türkiyənin xarici ölkələr ilə olan əlaqələrini qiymətləndirib. Türkiyənin Aralıq dənizində qaz kəşfiyyat işləri ilə bağlı Yarar, bəzi ölkələrin Türkiyənin Aralıq dənizində qaz mənbəyi tapmasını istəmədiklərini ifadə edib.
 
Mete Yarar "Mən uzun zamandır bu məsələləri araşdıran biri kimi heç bu qədər ABŞ-ın saymazyana davranışlarının olduğu bir zaman görməmişdim. Yaxın zamanda Şərqi Aralıq dənizində dünyanın qaz və neft ehtiyatları tapılıb. Türkiyənin taleyini dəyişəcək enerji ehtiyatının bizə nə qədər yaxında olduğunu bilirik. Aralıq dənizində altımızda 200 döyüş gəmisi yerləşdirilib. Bizim bu enerji ehtiyatlarını əldə etməyimizi istəmirlər və bu döyüş gəmiləri də bunun üçün yaxınlığımıza yerləşdirilib. Onu da qeyd etməliyəm ki, 2-ci Dünya Müharibəsindən bu yana ən çox açıq dənizdə olan gəmi sayıdır. Bax, biz bunları gördüyümüz üçün uşaqlarımızın gələcəyi üçün birlik və bərabərlik işləri aparıb, birlikdə hərəkət etməliyik" deyə bildirib.
Müxalifət.az