Türkiyəyə qarşı İQTİSADİ ÇEVRİLİŞ PLANI

 Amerikada iqtisadi tətikçi olaraq tanınan Con Perkins, pul baronlarının ölkələr üzərində oynadığı oyunları açıqlamağa davam edir. Türkiyə haqqında da şok fikirlər söyləyən Perkins, dollar şarının şişirdilərək Türk iqtisadiyyatına zərbə vurmağa çalışıldığını deyib.
 
Şirkətlər və dövlətlərin müsttəmləkəçi siyasətini ifşa edən Con Perkins, Türkiyə haqqında çox kəskin fikirlər söyləyib. Perkins, dollar şarının şişirdilərək Türkiyəyə iqtisadi zərbə vurulmağa çalışıldığını söyləyib.
 Perkinsin bir-birindən maraqlı açıqlamalarını təqdim edirik:
“Tarixdə ilk dəfə qlobal bir imperiya quruldu. Bu, Amerika İmperiyası, ya da milli bir imperiya deyil. Bu bir şirkət imperiyasıdır.
Bu böyük şirkətlər dünyanı idarə edir, ya da idarə etməyə çalışırlar. Digər tərəfdən, artan bir müqavimət var. O üzdən hələ də tam olaraq məqsədlərinə çata bilməyiblər. Heç bir imperiya tam olaraq məqsədinə çata bilməyib. O üzdən bu imperiyanın da çökcəyinə ümid edə bilərik. Amma onların məqsədi budur:
Bu hərəkata rəhbərlik edən güc, ya da katalizator böyük banklar və böyük investisiya mərkəzləridir. Digər müəssisələr də buna daxildir. Böyük kənd təsərrüfatı, kimya, tekstil şirkətləri.
Amma hərəkətverici qüvvə hər zaman puldur. O üzdən böyük investisiya mərkəzlərinin və bankların burada çox böyük təsiri vardır. Əslində məqsədləri bir imperiya yaratmaqdır. Mən də bir iqtisadi prosesləri tətikləyən mütəxəssis olaraq eyni tarixdə ilk dəfə hərbi güc tətbiq etmədən imperiya qurmaq ideyasının bir hissəsiydim.
Lord qalada yaşayar və bir neçə cəngavər onu qoruyar. Aşağıda sərflər və burjlarda yaşayan burjuaziya sinfi vardır. Qalanın lordu bu torpaqlarda yaşayan və illərdir əkinçiliklə məşğul olan xalqa deyir ki, torpağın sahibi siz deyilsiniz, torpağın sahibi Lorddur. Torpağı işləməyinizə icazə verirəm, amma məhsulunuzun 80 faizini verəcəksiniz. Verməsəniz cəngavərlər gəlib sizi öldürər. Ya da sizi digər hücumlardan qorumayacaqlar.
Bu gün buna bənzər bir sistemi təcrübədən keçiririk. Bir ovuc insan piramidanın zirvəsində oturmuş və deyirlər ki, bura bax, biz sizə göz, qulaq olacağıq. Biz Lord, siz qulluqçusunuz. Amma bizə pul verin. Vergi ödəyin və bizim üçün az pul qarşılığında çalışın. Mənbələrinizi bizə açın. Əgər bunu etsəniz sizi qoruyacağıq. Kimdən? Əslində özlərindən.
Güman edirəm ki, dünya artıq oyanır. Bəhs etdiyimiz banklar qalanın təpəsində oturur. Biz ayılmağa başlayırıq və qalanı yavaş-yavaş məhv edirik.
Bütün məsələnin böyük ticarət baronları ilə yeni imperiya yaratmaq olduğunu anladım. Biz buna “şikətokratiya” deyirik. Amma bunlar məktəbdə tədris olunmur və hələ də öyrədilmir. Bunu şəxsi təcrübəmlə öyrənmək məcburiyyətində qaldım. Bu işi edərkən başa düşdüm ki, ölkələrə verdiyimiz kreditlərlə kömək edirik, deyə bir şey yoxdur. Bu, yalnız öz işimizə yarayırmış. Xüsusilə də bu məşhur 1 faizlik xəttə 0,00001 faizlik bir təbəqəni təmsil edən zəngin ailələrin mənfəətinə olurmuş. Onlar bu ölkələrdəki insanlara kömək etmirlər əslində. Sadəcə “şirkətokratiya” məntiqi ilə bu 1 faiz ilə əməkdaşlıq içərisində olan bir neçə insan bu işdən qzanc əldə edir.
Bunlar bizə heç öyrədilməmişdi. Görünənin arxasındakına baxmağa çalışaraq bunları başa düşdüm.
Müxalifət.az