Türkiyəyə qarşı "Erməni batalyonu”: PKK İLƏ ERMƏNİLƏR ƏL-ƏLƏ QARABAĞDA

Baxış sayı:
11830

Özlərini 1915 hadisələrindən sonra Suriya və Livana köç edənlərin nəvələri kimi qiymətləndirən bəzi ermənilər Türkiyəyə qarşı PKK/PYD çatısı altında yenidən təşkilatlandırır. Daha əvvəl müxtəlif terrorçu qruplarla birlikdə olan ermənilər bu dəfə özlərinin sözdə batalyonlarını qurur. Təxminən 200 nəfərdən ibarət olan qrup 1915-ci ilin hadisələrinin ildönümü münasibətilə bu gün fəaliyyətə başladığını elan edəcək. Terror təşkilatının yayım orqanlarına görə, erməni qrupa Suriyada öldürülən TKP/ML TİKKO-lu terrorçu Nubar Ozanyanın (Orxan Bakırcıyan) adı verilib. KİMLƏRDƏN İBARƏTDİR Batalyonun sözdə komandirlərindən Masis Otanyaf Suriyada Qamışlı, Haseke, Serekaniye, Dırbesiye kimi şəhərlərə səpələnən erməniləri bir araya gətirdiklərini söyləyib. Hər gün hərbi və ideoloji təlim alan terrorçuların qərargahının divarlarında da maraqlı şəkillər var. Bunlardan biri 1982-ci ildə 9 nəfərin həyatını itirdiyi, 72 nəfərin də yaralandığı Ankara hücumunu gerçəkləşdirən “Asala” üzvü terrorçu Levon Ekmeçiyanın fotosudur. Terrorçular Türkiyədə qaranlıq bir sui-qəsdə qurban gedən jurnalist Hrant Dinkin fotoşəkillərini da qara təbliğat üçün istifadə edir. KOBUD TƏHDİD EDİB Terrorçular hədəflərinin Türkiyə olduğunu da gizlətmir. Özünə görə təhdidlər yağdıran terrorçu Masis Otanyaf, "Ermənilərə yaşadılan qara günün hesabını kimsə vermir. Bunun hazırkı sahibi Türkiyədir. Amma onların bizə və digər xalqlarımıza necə yanaşdıqlarını görürük. Onun üçün onlardan bir şey gözləmirik. Əzilən xalqlara yaşadanların hesabını biz soruşacağıq. Bu da onun başlanğıcıdır. Xalqlarımıza mübarək olsun" deyib. QARABAĞA GETMİŞDİLƏR Terror təşkilatı PKK ilə ermənilərin radikal qrupları arasındakı əlaqə bununla bitmir. Azərbaycan ilə Ermənistan arasındakı qarşıdurmaların sürdüyü Dağlıq Qarabağa gedən PKK-lılar, işğalçı qruplara dəstək vermişdi. Qəndil və Qamışlıdan gələn döyüşçülər Ağrıdan Ermənistana keçmişdi. Göyçə gölü zonasından PKK-ya ayrılan Vardenis düşərgəsinə keçən 400 nəfərlik terror qrup, Qarabağda müharibənin şiddətlənməsi ilə birlikdə isti döyüş bölgələrinə göndərilmişdi. TƏCRÜBƏLİLƏR SEÇİLİR Qəndilin tapşırığı daxilində Ermənistan sıralarında döyüşməyə gedən terrorçular bomba və sabotaj məsələsində təhsil alanların arasından seçilmişdi. PKK terror təşkilatı içərisində erməni əsilli şəxslərə aid olan "Ağrı Qartalları” adlı birliyin Livan Qaradağ, Hemaran Kervaçiyan və Sərvət Bagopşin adlı 3 terrorçu Ağrıdan Ermənistana keçən qrupa bələdçilik etmişdi. Türk Silahlı Qüvvələri ilə Azad Suriya Ordusunun Fəratın şərqini PKK/PYD-li terrorçuları təmizləmək üçün Suriyaya hərəkat başladığı təqdirdə, həmin erməni batalyonunun aqibətinin eynilə Afrində Türkiyəyə gəldikdən sonra məhv edilən "İnternasional Batalyonu” kimi olması gözlənilir. Müxalifət.az