"Türkiyəyə qarşı DÖYÜŞMƏYƏCƏYİK”

Baxış sayı:
6142

İraqın Sincar bölgəsində İŞİD-ə qarşı təşkil edilmiş 7 min nəfərlik Yezidhan Müdafiə Gücünün komandiri Şeşo, terror təşkilatı PKK-nı hədəf alacaq mümkün bir əməliyyatda Türkiyəyə qarşı döyüşməyəcəklərini açıqlayıb.
 
“Sincardan çəkildik” yalanını dövrəyə buraxan terror təşkilatı PKK-ya bir reaksiya də regiondakı Yezidilerden gəlib. Türkiyənin Afrindən sonra buradakı PKK bazalarına da əməliyyat keçirməsi məsələsinin gündəmə gəlməsindən sonra Yezidiler, PKK-ya dərhal bölgəni tərk etməsi çağırışı edib. Yezidiler, Ankaranın, Sincara keçirəcəyi mümkün bir əməliyyatda PKK-ya dəstək verməyəcəklərini açıqlayaraq, mövqeyini ortaya qoyub.
 
7 MİN YEZİDİNİN KOMANDİRİ
 
İŞİD-la mübarizə aparmaq məqsədilə yaradılmış minlərlə silahlı Yezididən yaradılan Yezidihan Müdafiə Gücünün komandanı Heydər Şeşo, etdiyi açıqlamada, xalqın PKK-nı bölgədə istəmədiyini deyib. 7 min nəfərlik Yezidihan Müdafiə Qüvvələrinə komandanlıq edən Şeşo belə söyləyib: “Türkiyə Afrindən sonra Sincara da bir əməliyyat edə biləcəyini açıq şəkildə dilə gətirir. PKK dərhal bölgəni tərk etməlidir. Türkiyənin bölgədə PKK-nı hədəf alacağı mümkün bir əməliyyatda təşkilata dəstək verməyəcəyik. Türkiyə PKK-nı düşmən olaraq görür. Ona görə də Türkiyəyə qarşı vuruşmayacağıq”.
 
İŞİD BİTDİ, PKK-nın ZÜLMÜ BAŞLADI
 
Bölgə xalqının terror təşkilatı PKK-ya olan münasibətinin tədricən dəyişdiyini bildirən Şeşo, bunları deyib: "PKK gələndə xalq onları zülmdən xilas edəcəklərini düşünürdü. Ancaq İŞİD məğlub olandan sonra PKK zülmü başladı. Təşkilat, bölgə xalqına çox zərər verdi. Xalq zülm gördü. Yezidiler də bunlara şahid olduqca PKK-ya olan baxışları da dəyişib. Çünki xalq təşkilatın nə olduğunu, nə istədiyini daha yaxşı anlamağa başlayıb".
 
ZORLA APARDILAR
 
İŞİD zülmünə görə Sincarı tərk edən minlərlə Yezidi ailənin daha sonra PKK qorxusu ilə evlərinə geri qayıtmadığını xatırladan Şeşo, "Kiçik yaşdakı uşaqlarımızı aldadıb, qaçırdılar. Bunların beynini yuyub, təşkilata üzv etdilər. Bəzilərini zorla aldılar. Bölgədən köç etmiş minlərlə Yezidi, uşaqlarının PKK tərəfindən alınacağı qorxusu ilə evlərinə geri qayıtmadı" deyə, bildirib.
Müxalifət.az