"TÜRKİYƏYƏ QARŞI DÖYÜŞMƏYƏCƏYİK" – İraq qüvvələrinin komandiri

Baxış sayı:
5638

İraqın Səncar vilayətində İŞİD-ə qarşı yaradılmış 7 min nəfərlik Ezidhan müdafiə qüvvələrinin komandiri Şeşo PKK-nı hədəfə alacaq əməliyyat keçiriləcəyi təqdirdə, Türkiyəyə qarşı döyüşməyəcəklərini söyləyib.
Şeşo PKK-nı İŞİD qədər qəddar qüvvə adlandıraraq deyib: “Əvvəl gəldikləri zaman xalq onların xilaskar olduğunu düşünürdü. Lakin İŞİD getməmiş PKK zülmü başlandı. Təşkilat bölgə xalqına çox zərər verdi. Xalq zülm gördü. Yezidilər də bunun şahidi olduqdan sonra PKK-ya qarşı münasibətləri dəyişdi. Çünki xalq onların kim olduqlarını, məqsədlərinin nə olduğunu daha yaxşı başa düşməyə başladı. Azyaşlı uşaqlarımızı aldadıb qaçırtdılar. Beyinlərini yuyub öz sıralarına daxil elədilər. Bölgədən qaçqın düşmüş minlərlə yezidi, övladlarının PKK tərəfində əllərindən alınmasından qorxduqları üçün evlərinə qayıda bilmədi”.

Hurriyyet.org