​Türkiyəyə qarşı dənizdə TƏXRİBAT: Ərdoğandan kəskin REAKSİYA

Baxış sayı:
877

ABŞ-ın "Exxonmobil" şirkəti Cənubi Kipr üçün Şərqi Aralıq dənizində karbohidrogen axtarmağa başlayıb.
Muxalifet.az xəbər verir ki, sözügedən ərazidə gəminin qazma işlərinə başladığı bildirilib.
Bu barədə məlumat verən Cənubi Kiprin Energetika naziri Yorqos Lakkotripis amerikalı həmkarı Frensis Fannonla Nikosiyada görüşüb.
ABŞ və Cənubi Kiprin birgə addımına reaksiya verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin qarşısını almağı hədəfləyən cəhdlərə heç vaxt yol verməyəcəklərini deyib:
"Şərqi Aralıq dənizində təbii ehtiyatların qəsb edilməsinə yönəlik cəhdləri qətiyyən qəbul etməyəcəyik".