Türkiyəyə qarşı bir etiraz da İsraildən gəldi

Baxış sayı:
14953

İsrailin Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Nahşon Türkiyənin Şərqi Aralıq dənizində atdığı son addımları İsrailin "narahatlıqla təqib" etdiyini söyləyib.
 
Emmanuel Nahşon Türkiyənin Şərqi Aralıq dənizindəki qazma fəaliyyətləriylə əlaqədar Twitter hesabından qısa bir mesaj paylaşıb.
​Türkiyənin Kipr adasının şimal şərqindəki son addımlarını narahatlıqla izlədiklərini dilə gətirən Nahşon, Kirpin Yunan rəhbərliyinin yanında olduqlarını və Yunanların "haqlarının pozuntusuna" qarşı olduqlarını açıqlayıb.
Qeyd edək ki, “Fateh” qazma gəmisindən sonra Türkiyənin Şərqi Aralıq dənizinə göndərdiyi ikinci qazma gəmisi “Yavuz”un srağagün Karpazdakı Zəfər Burnunun cənubuna çatdığı bildirilmişdi.
Müxalifət.az