​Türkiyəyə qara xəbər: iki əsgər şəhid oldu

Baxış sayı:
1477

Türkiyənin Şanlıurfa vilayətində hərbi nəqliyyat vasitəsinin selin təsiri ilə dərəyə yuvarlanması nəticəsində itkin düşən əsgərlərin nəşi tapılıb.
Muxalifet.az xəbər verir ki, hadisə zamanı 2 əsgər böyük çətinliklə sudan çıxsa da, digər ikisi xilas ola bilməyib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində suyun dibinə batan nəqliyyat vasitəsi tapılıb və hərbçilərin nəşi sudan çıxarılıb.
Şəhidlərin sabah Şanlıurfada torpağa tapşırılacağı bildirilib.