​Türkiyəyə məxsus təyyarə İranda qəzaya uğradı - Təcili

Baxış sayı:
1639

İranın cənub-qərbində Türkiyəyə məxsus təyyarə qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, sözügedən təyyarə İstanbuldan BƏƏ-nin Şarika şəhəri istiqamətində uçurmuş.
Ehtimal edilir ki, qəzaya uğrayan sərnişin təyyarəsi olub.
Olayla bağlı ətraflı məlumat verilməyib.
İSNA İran Mülki Aviasiya Təşkilatı Türkiyəyə məxsus sərnişin təyyarəsinin İranın qərbində qəzaya uğradığını açıqlayıb.
Təyyarə BƏƏ-nin Şarika şəhərindən İstanbula uçurmuş. Qəzanın İranın Çaharmahal və Bəxtiyari mahalları sərhədində baş verdiyi bildirilir.
Qəza yerinə xilasedicilər göndərilib.
"Röyter" təyyarənin şəxsi olduğunu və göyərtədəki 11 şəxsin hamısının həlak olduğunu yazıb. Bu məlumatı İran rəsmi dairələri təsdiqləmir.