Türkiyəyə həyasız təhdid! - “QAN TÖKƏRİK”

Baxış sayı:
7960

Yunanıstan prezident Prokopis Pavlopulos, Türkiyəyə qarşı "qan tökmə" təhdidi edib.
 
Türkiyə ilə Yunanıstan arasında son zamanlar yaşanan gərginliyin ardından qarşılıqlı bəyanatlar verilməyə davam edir.
 
BİZİM TORPAQLARIMIZ Aİ-nin TORPAQLARIDIR
 
Son olaraq Yunanıstan prezidenti Pavlopulos, “Bunu hər zaman deyəcəyəm, bizim sərhədlərimiz və torpaqlarımız Avropa Birliyinin sərhədləri və torpaqlarıdır. Buna görə də məsuliyyətimiz daha da böyükdür. Bizə aid bir haqq iddia etmirik və bir şey istəmirik. Beynəlxalq hüquq çərçivəsində birlik içərisində birgə müdafiə barədə qərar verdik. Heç bir haqq iddiasında olmadan müdafiə məsələsində qərar aldıq. Ancaq heç bir şey də vermirik. Bu məsələdə də başqalarının gücünü hesablamırıq, təkcə ruhumuzun və bərabərliyimizin gücünü hesablayırıq.
 
“AÇIQCA QAN TÖKƏRİK” - DEDİ
 
Son dövrdə bəzilərinin keçmişi xatırlayaraq xalqların və dövlətlərin güclərini kvadrat kilometrlərlə ölçdüyünü görürəm. Ancaq biz eyni yolla getmirik. Heç kim bir kvadrat metrinə də haqq iddia etmirik, nə də bizə aid olandan bir metr vermərikk. Ancaq bizim üçün bu mübarizə milli bir mübarizədir, varolma mübarizəsidir və bu mübarizəni heç kimdən qorxmadan edirik. Çünki bizim üçün Yunan ruhu və gücü üçün Mesolongili böyük şairimizin dediyi keçərlidir. Kostis Palamas demişdir ki, "Xalqların böyüklüyü dönüşlərlə ölçülməz, qəlbin böyüklüyü və qanla ölçülər”. Bəziləri tərəfindən yanlış anlaşılmasın deyə, izah edim, vətənimizi qorumaq üçün axıtmağa hazır olduğumuz qandan danışırıq, başqa iddialarda olmaq üçün tökülən qandan deyil. Bu mesajımız hər tərəfədir, bilsinlər ki, biz dostuq, ancaq tariximizi və bu məmləkətin müqəddəslərini müdafiə etməyə də qərarlıyıq” deyə, bildirib.

Müxalifət.az