Türkiyəyə dəstək yağır! PKK-nın xəyallarını puç edəcəyik

Baxış sayı:
9235

Azad Suriya Ordusuna bağlı Həmzə Briqadaları Türkiyənin Fəratın şərqinə edəcəyi əməliyyatı dəstəklədiklərini və hazır olduqlarını bildirib.
 
ASO-nun da qatılacağı əməliyyat üçün Həmzə Briqadalarına bağlı 200 nəfərdən ibarət xüsusi qoşun hissələri də təlimlərini tamamlayıb. Çətin şəraitə uyğunlaşmaq üçün ağır təlimlərdən keçən xüsuisi birlik, əməliyyatda Türkiyəyə dəstək verəcək.
 
“PKK-nın bölgəni parçalamaq xəyallarını məhv edəcəyik"
 
Həmzə Briqadalarının komandanı Əlhamza Seyf Əbu Bəkir İHA-ya etdiyi açıqlamada, təlimini bitirən yeni xüsusi qüvvələrin Fəratın şərqində başlanılacaq əməliyyat üçün hazır olduqlarını dilə gətirərək, mülki vətəndaşları terrorçulardan xilas edəcəklərini bildirib. Əbu Bəkir, "Evini tərk etməyə məcbur olanların evlərinə qayıtmalarını təmin edəcəyik. PKK-nın bölücü xəyallarını məhv edəcəyik" deyib.
Müxalifət.az