Türkiyəyə daha bir dəstək: “TÜRKİYƏYƏ BİR ŞEY OLARSA, HAMIMIZ BİTƏRİK”

Baxış sayı:
26587

Qərbi Afrika ölkəsi Seneqalda bəzi vətəndaşlar, Türk iqtisadiyyatına dəstək olmaq üçün bir-birini Türk markası istifadə etməyə təşviq edir.
 
30 MARKALIK SİYAHI
 
Anadolu Agentliyinin məlumatına görə, Seneqallılar, sosial mediada, aralarında Türk Hava Yolları (THY), Çaykur, Marmarabirlik kimi Türk şirkətlərinin də olduğu 30-a qədər marka siyahı paylaşıb.
Öz ətraflarını bu markaların məhsullarını istifadə edərək Türk iqtisadiyyatına dəstək verməyə və Türk markalarını istifadə etməyə çağıran Seneqallılar, həmçinin Amerikan məhsullarını də boykot edir.
Aksiyaya qatılanlardan Məhəmməd Yusif, Agentlik müxbirinə verdiyi açıqlamada, Türkiyəyə qarşı hücumlar səbəbiylə Seneqal də öz dost qruplarında Türk mallarının satın almaqla bağlı kampaniya başladıqlarını deyib.
15 iyuldakı çevriliş təşəbbüsünü indi iqtisadiyyat üzərindən etməyə çalışdığına işarə edən Yusif, "Türkiyəni diz çökdürmək istəyirlər, amma bilmirlər ki, Allah bizimlə və Türkiyə ilədir. Türkiyənin və əziz xalqının bu çətinliklərdən xilas olması üçün Allaha dua edirik" deyə, söyləyib.
 
TÜRKİYƏ AYAQDA İSƏ BÜTÜN İSLAM ALƏMİ AYAQDADIR
 
Kampanyada Amerika mallarını boykot, Türk mallarını təşviq etdiklərinii deyən Yusif, kampaniyanı genişlədərək davam edəcəklərini bildirib.
Yusif, "Əgər Türkiyə ayaqda isə bütün İslam aləmi ayaqdadır. Əgər Türkiyəyə bir şey olarsa, hamımız bitərik" deyib.
Müxalifət.az