Türkiyəyə çağırış: Bizi PKK-dan QURTARIN

Baxış sayı:
2144

Münbiç xalqı və tayfa liderləri Türkiyəyə "Bizi PKK-dan xilas edin" – deyə, müraciət ediblər.
 
Terror təşkilatı PKK-nın işğalı altında olan Münbiçdəki xalq, məktubla Türkiyə dövlətinə müraciət edib. Bölgənin PKK terrorundan təmizlənmə vaxtının gəldiyini bildirən Münbiçlilər, "Bizi terrorçulardan azad edin" - deyə, şağırış ediblər. O məktubdan sətir başları:

"PKK edamlar edir, zorla xərac toplayır, Türk əsgəri savaşdırmaq üçün uşaqlarımızı qaçırır. Münbiç bu an sanki partlamağa hazır bir bomba kimidir. Ərdoğana müraciət edirik, bizi PKK-dan xilas edin. Bölgə xalqı olaraq PKK bəlasından xilas olmaq və işğalı sona çatdırmaq istəyirik. PKK-nın Hasəkə ilə əlaqə yollarını kəsməyə hazırıq. Təşkilat Münbiçə Eyn əl-Arab və Qamışlıdan döyüşçülər gətizdirir. Ötən iki illik dövrdə ABŞ-ın oyununa alət olub SDG adlı örtük təşkilata qoşulan Ərəb gənclərdən yüzlərcəsi silahı ataraq təşkilatdan ayrılıb. Son bir həftədə 200-dən çox gənc, PKK-nı qoyub qaçıb. PKK-dan ayrılan gənclərə terrorçular hücum edir, son iki gündə 4 Ərəb gənci öldürülüb, 7-si isə yaralanıb. Bölgə tayfaları olaraq daim təmasdayıq".
 
MÜNBİÇDƏ 600 TERRORÇU
 
"Terror təşkilatı bizim bir sıra hazırlıqlar içərisində olduğumuzu hiss edir və bu vəziyyət onları ciddi narahat edir. Münbiç bölgəsində 600-a qədər PKK-lı var. Son günlərdə kömək etməyə çalışırlar, ancaq Afrin onlar üçün daha böyük əhəmiyyət kəsb etdiyi üçün Münbiçlə çox maraqlana bilmirlər. Türkiyə Afrin əməliyyatını başladığı zaman biz də buradan hücuma başlayacağıq. Hazırda 300 döyüşçümüz və yaratdığımız gizli bir əməliyyat otağımız var. Silah və sursat məsələsində də Türkiyə ilə əlaqə halında olmaq istəyirik. Müharibə başlayanda əsgər tapmaqda heç çətinlik çəkməyəcəyik".
 
YARDIMINIZA MÖHTACIQ
 
"Türk əsgəri bizdən yalnız 20 kilometr məsafədədir. Türk əsgəri və ASO ittifaqları üçün Münbiçin güman ediləndən çox daha asan bir bölgə olmasının tanınmasını istəyirik. PKK bir neçə saat içərisində yalnız Münbiçi deyil, Fəratın qərbini tamamilə tərk edəcəkdir. Münbiçi Fərat Qalxanı zonasına daxil etmə qərarımızdan əl çəkməyəcəyik. Xahiş edirəm, Türk qardaşlarımız səsimizi eşitsin və bizi bu zülmdən xilas etsin. Türk əsgəri ilə savaşdırmaq üçün gənclərimizin beynini yumağa çalışırlar. Gənclərimizi Afrinə ölümə göndərirlər. Münbiçdə yaşayan Kürd, Ərəb və Türkmənlərin, din və insanlıq düşməni PKK-dan xilas edilməsi üçün köməyinizə ehtiyacımız var".
Müxalifət.az