​Türkiyəyə bu Avropa ölkəsi dəstək olubmuş: Afrin...

Baxış sayı:
3889

Hollandiya "Zeytun budağı" əməliyyatına dəstək verdiyini gizli formada qəbul etdi.
Muxalifet.az xəbər verir ki, Hollandiya hökuməti Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı əməliyyatları birlikdə həyata keçirdiyi Azad Suriya Ordusuna pul və maddi dəstək verdiyini qəbul edib.
Hollandiya hökumətinin Suriyadakı ASO-ya dəstək verib-verməməsi məsələsi hakimiyyətdə olan Xristian Demokrat Partiyasının (CDA) millət vəkilləri Pieter Omtzigt və Martijn van Helvert tərəfindən gündəmə gətirilib.
Qeyd edək ki, Hollandiya Xarici İşlər naziri Halbe Zijlstra “Zeytun budağı” əməliyyatı ilə bağlı parlamentdə çıxışı zamanı Türkiyəyə qarşı açıq hücumların olduğunu və bu ölkənin özünü müdafiə etməsi üçün yetərli səbəblərinin olduğunu bildirmişdi.