Türkiyəyə “Ayasofya” təhdidi

Baxış sayı:
18913

Türkiyənin daxili məsələlərinə qarışmaq üçün hər şeyi edən Avropa, bu dəfə də Müqəddəs Sofiya Məbədinin statusu üzərindən təkid etməyə çalışır. Xüsusilə Avropa Parlamentində səsvermə zamanı Birləşmiş Sol Qrup tərəfindən verilən bir dəyişikliyə AP-nin, "tarixi və dini abidə" kimi tanınan Müqəddəs Sofiya Məbədinin "görüntüsünün dəyişdirilib məscidə çevirilməsinə qarşı" olduğuna dair bir cümlə də əlavə olunub.
 
KATI PİRİDƏN TƏHDİD
 
 Türkiyə düşmənçiliyi ilə tanınan Katı Piri də bu məsələ ilə bağlı Türkiyəyə mesaj verib. Hollandiyalı Katı Piri, "Türk hökuməti məni sevməyə bilər, amma məndən sonra gələcək məruzəçiylə daha çətin anlar yaşayacaqlar" deyə söyləyib. "Bu Türkiyə və bu Aİ ilə Türkiyənin üzvlüyü mümkün deyil" deyən Piri, üzvlüyün ancaq "fərqli bir Türkiyə" ilə mümkün ola biləcəyini qeyd edib.
Müxalifət.az