Türkiyəyə “Ayasofiya” mesajı

Baxış sayı:
7024

Yunanıstan xarici işlər nazirinin müavini Mərqos Bolaris Türkiyənin beynəlxalq hüquqa və Müqəddəs Sofiya Məbədinin statusuna hörmət etməsinə ümid etdiklərini bildirib.
 
Bolaris mətbuat brifinqində prezident Rəcəb Tayyib Ərdoğanın Müqəddəs Sofiya Məbədi ilə bağlı sözlərinə dair bunları deyib:
“Yunanıstan hər zaman beynəlxalq hüquqa müraciət edir. Bu təkcə siyasət deyil, mədəniyyətlə də bağlıdır. Birləşmiş Millətlər Təşkilatı və UNESCO var. Abidələrin statusu var. Hər kəsə çağırışımız, beynəlxalq hüquqa hörmət edin, beynəlxalq müqavilələrə hörmət edin, qonşulara sayğılı olun. Biz dostluq və mehriban qonşuluq əlaqələri yaradırıq, çünki bu münasibətlər hüquq əsasında inkişaf, irəliləyiş, xalqlar arasında anlaşma və əməkdaşlıq üçün əlverişli iqlim yaradır".
 
AYASOFYAYA HÖRMƏT EDİN
 
 Yunan diplomat həmçinin, “Türkiyə hökumətinin beynəlxalq hüquqa və Müqəddəs Sofiya Məbədinin statusuna hörmət etməsinə ümid edirik" deyib.
Müxalifət.az