​“Türkiyənin Yunanıstandakı hərbi attaşeləri İtaliyaya qaçıb” – XİN RƏHBƏRİ

Türkiyən xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Yunanıstandakı hərbi attaşelərinin ailələri ilə birlikdə bərə ilə İtaliyaya qaçdıqlarını təsdiq edib.
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, M. Çavuşoğlu deyib ki, Türkiyədə hərbi çevriliş cəhdindən sonra Ankaraya çağırılan Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr attaşesi polkovnik İlhan Yaşıtlı və hərbi dəniz attaşesi polkovnik Halis Tunç ailələri ilə birlikdə bərə ilə İtaliyaya yollanıblar.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstan Xarici İşlər Nazirliyinə müraciət edərək polkovnik İ. Yaşıtlı və polkovnik H. Tunçun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan Xarici İşlər Nazirliyi də həmin gün bu polkovniklərin akkreditasiyalarını ləğv edib. Ancaq bu iki polkovnikin nə zaman Afinadan qaçdıqları bilinmir. Polkovnik İ. Yaşıtlı və polkovnik H. Tunç iyulun 29-da Afina yaxınlığındakı Salamina Hərbi Dəniz Bazasında keçirilən tədbirə dəvətli olsalar da, həmin tədbirə qatılmayıblar.