Türkiyənin tərk etdiyi Liviya konfransı uğursuz oldu

Baxış sayı:
4525

Türkiyənin "zirvə içində mini bir zirvə keçirdiyi" səbəbilə tərk etdiyi Palermo Konfransı haqda Ərəb mətbuatı "uğursuz oldu" deyə yazdı. İtaliyanın Palermo şəhərində keçirilən və Liviyanın gələcəyinin müzakirə olunduğu zirvə haqda London mərkəzli “el-Kuds əl-Ərəbi” qəzeti "Uğursuz Palermo zirvəsi Liviyalıların ümidlərini qırdı" başlığı ilə yazı dərc etdi.
 
 "Ümidlər qırıldı"
 
Qəzet, dərc etdiyi analiz yazısında, sammitin Paris Konfranslarından bir fərqinin olmadığını bildirərək "Xəyal qırıqlığı ümidləri qırdı" deyə qeyd edib. Analizdə, sammitin təkcə 2019-ci ildə parlament seçkilərinin keçirilməsi ilə bağlı bir bəyanatdan ibarət olduğu bildirilib.
Qeyd edək ki, Palermo görüşündə Türkiyəni təmsil edən prezidentin müavini Fuad Oqtay, çərşənbə günü Türkiyənin İtaliyada keçirilən Liviya Konfransını "dərin xəyal qırıqlığı" ilə tərk etdiyini açıqlamışdı.
Müxalifət.az