​Türkiyənin ticarət naziri ABŞ-ın təhdidinə cavab verdi: “EYNİ ŞƏKİLDƏ QARŞILIQ VERƏCƏYİK”

Baxış sayı:
3352

Muxalifet.az xəbər verir ki, Türkiyənin ticarət naziri Ruhsar Pekcan ABŞ-ın yeni sanksiya təhdidləri ilə bağlı çıxışı zamanı deyib: “Milli valyuta bazarına qarşı hücum dəf edilib. Eyni şəkildə qarşılıq verəcəyik”.
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti D.Tramp qalmaqallı paylaşım edərək casusluqda və terrorçu təşkilatlara əməkdaşlıqda ittiham edilən keşiş Endrü Bransonun ev dustağı edilməsinin müqabilində Türkiyə ilə münasibətlərin məhdudlaşdırılacağını bildirib.
ABŞ maliyyə naziri Stiven Mnuçen isə Türkiyəni təhdid edərək deyib: “Türkiyə keşiş Bransonu azad eləməzsə, bundan da çox sanksiya tətbiq edəcəyik”.