Türkiyənin “Suriya” planı: SƏRHƏD HƏMLƏSİ

Baxış sayı:
3292

Tehrandakı üçlü zirvədən sonra İdlib əyalətində tərəflər arasında döyüşlər davam edərkən Həsən Kalyoncu Universitetinin Təhsil üzrə səlahiyyətlisi və “SEDA” Təhlükəsizlik eksperti Murad Aslan, regiondakı son vəziyyətlə bağlı şərh verib.
 
 Tehrandakı görüş İdlibdəki problemin hərbi əməliyyat variantı olmadan həll edilməsi üçün Türkiyəyə böyük vaxt verdiyini deyən Aslan, "Rusiya öz hərbi bazalarına edilən hücumlara son vermək istəyir. Suriya rejimi isə, ölkədə İdlibə sıxışdırdığı müxalifəti ölkədən kənara atmaq istəyindədir. Buna görə də kimyəvi təcavüz təhdidi ilə insanları qorxutmaq istəyir. İran ABŞ və İsrailə qarşı əlini gücləndirmək üçün meydançada mövqe tutmağa çalışır. İdlibə ehtimal olunan bir müdaxilədə itirən İdlibdə olan əhali və Türkiyə olacaq. Bu məqsədlə bölgədə böyük bir nüfuz sahibi olan Türkiyə, Milli Qurtuluş Cəbhəsini istifadə edərək HTŞ və digər qrupları atəşkəsə razı salmağa çalışır. HTŞ də xalqa və Türkiyəyə rəğmən, müharibəni davam etdirməkdə israr etməyəcək. Türkiyə son mərhələdə İdlibə girmə variantını də gizli saxlayır. Nəticələri etibarilə Suriya rejiminin İdlibə müdaxiləsi Türkiyə üçün hər zaman daha riskli olacaqdır" deyə, söyləyib.
 
SURİYADA SƏDD YARADILACAQ
 
Suriyanın İdlib şəhərində mümkün hərbi hərəkatdan sonra baş verməsi gözlənilən böyük köç üçün, Türk Silahlı Qüvvələri (TSQ) ünsürləri ilə digər kəşfiyyat və təhlükəsizlik qüvvələri miqrasiya dalğasını, Suriya torpaqları içində sədd yaradaraq qarşılayacaq. Bu arada BMT-nin Humanitar İşlərini Əlaqələndirmə Ofisinin sözçüsü Devid Swanson, İdlibdəki son hücumda 30 mindən çox insanın yerlərindən edildiyini bildirib.
Müxalifət.az