Türkiyənin şərqində güclü zəlzələ oldu

Baxış sayı:
9106

Türkiyənin şərq bölgəsində rixter cədvəli üzrə 5.2 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, Türkiyə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin (AFAD) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 8:31-də Elazığ vilayətinin şərqində baş verib. Zəlzələnin episentri həmin vilayətin Sivricə rayonunun 9,4 kilometrliyində olub.
Elazığ valisi Çətin Oktay Kaldırım bildirib ki, zəlzələ nəticəsində heç bir tələfat yoxdur. Onun sözlərinə görə, bölgəyə xilasedicilər göndərilib.