​Türkiyənin silah satışını kəskin artırmasının - Səbəbi

Baxış sayı:
7687

Türkiyə haqlı olaraq silahlanma məsələsində ABŞ və NATO-dan asılılığı azaltmaq istəyir.
Muxalifet.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutunun (SİPRİ) hesabatını şərh edən Koray Gürbüz bildirib.
Gürbüz qeyd edib ki, Türkiyə ABŞ və NATO-dan silah alarkən bir çoxunda sursat və ehtiyat hissələrinin tamamlanmasında çətinlik çəkir. Hazırda Yaxın Şərqdəki problemlərdən dolayı həm Avropa Birliyi ölkələri, həm ABŞ tərəfindən Türkiyə üzərində böyük bir təzyiq var. Türkiyə bu ölkələrdən silah alanda da təhvil-təslim prosesi uzun müddət çəkir. Bundan əlavə, Türkiyə kiçik bir vint hissəsini də aylarla gözləmək məcburiyyətində qalır. Misal olaraq, Türkiyə Suriyada "Fərat qalxanı" əməliyyatını apararkən Konqres bəhanələr gətirərək Türkiyəyə silahların ehtiyat hissələrini satmayıb.
Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutunun (SİPRİ) hesabatına əsasən, Türkiyə şirkətləri silah satışını kəskin şəkildə artırıb. 2017-ci ildə bu şirkətlərin silah satışının həcmi 24% artıb. Bu isə daha çox Türkiyənin öz hərbi sənayesini inkişaf etdirmək, xaricdən silah alışını azaltmaq istəkləri ilə bağlı olub.