Türkiyənin seçki qərarı Avropanı AYAĞA QALDIRDI

Baxış sayı:
5599

Türkiyə Ali Seçki Komissiyasının 31 mart bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələrini ləğv etməsi Avropanı ayağa qaldırıb.
Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəliyinin rəhbəri Federika Moqerini və Avropa Komissiyası nümayəndəsi İohan Hann ortaq açıqlama yayımlayıb.
Açıqlamada YSK-nın ləğv qərarının olduqca yüksək siyasiləşdirilmiş bir vəziyyət olduğu, bununla bağlı səbəblərin dərhal ictimaiyyətlə paylaşılmasının zəruriyyəti vurğulanıb. Yenilənəcək seçki prosesində İstanbulda YSK-nın müstəqil, şəffaf və açıq şəkildə işləməsinin əhəmiyyəti qeyd edilib. Bu çərçivədə başda Avropa Şurası Yerli İdarəetmələr Konqresi olmaqla, Türkiyəyə beynəlxalq müşahidəçilərin dəvət edilməsi tövsiyə olunub.
Avropa Şurası Yerli İdarəetmələr Konqresinin prezidenti Anders Kneyp verdiyi yazılı açıqlamada
“türk seçicilərinin səlahiyyətli şəxslərə güvənində ciddi bir böhrana yol açılmaması üçün seçki prosesində etibarlılıq geri qaytarılmalıdır. Yenidən seçki fövqəladə bir tədbirdir və sağlam səbəblər üzərində aparılmalıdır. AKP-nin etirazı bizim demokratik və adil seçki anlayışımıza ziddir” sözlərini qeyd edib.
Qeyd edək ki, Türkiyə Ali Seçki Komissiyası Əkrəm İmamoğlunun İstanbul üzərində əldə etdiyi qalibiyyəti ləğv edib./Publika