​Türkiyənin S-400-ləri NATO-nu qorxutdu: TƏHLÜKƏ...

Baxış sayı:
4897

Türkiyənin S-400 zenit raket kompleksləri alması NATO-nu ciddi şəkildə narahat edir.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavel söyləyib. Onun sözlərinə görə, S-400 NATO texnologiyalarına uyğun gəlmir:
"Buna görə də Rusiya kompleksləri alyansın havadan müdafiə sisteminə inteqrasiya edilməyəcək, əksinə ayrıca vahid kimi istifadə olunacaq. Əsas problem operativ informasiyalarla bağlıdır. Belə ki, NATO-ya aid olan informasiyalar Rusiyanın sistemlərində qalacaq. Digər tərəfdən S-400-ün istifadəsi üçün müəyyən hazırlıq lazımdır. Buna görə də rusiyalı mütəxəssislər Türkiyəyə gələcək. Bu ekspertlər mühüm kəşfiyyat məlumatlarına giriş əldə edə bilərlər. Bu isə sonda Rusiya hökumətinə təqdim edilə bilər".