Türkiyənin S-400 alması Yunanıstanı da qorxutdu

Baxış sayı:
5356

Daha əvvəl Rusiyadan S-300 alan Yunanıstan, Türkiyənin S-400 hava sistemləri almasından narahat olub. Yunanıstanın baş naziri Çipras, Türkiyəni nəzərdə tutaraq "Qeyri sabit bir qonşu istəmirik" deyib.
 
Türkiyənin S-400 hava sistemlərinə sahib olması ABŞ, Yunanıstan kimi ölkələri narahat edib. Havada Türkiyəyə üstünlüyü təmin edəcək S-400-lər, eyni zamanda ABŞ kimi ölkələrin görünməyən təyyarələrini də Türkiyə üçün görünər edəcək ki, bu da ABŞ-ın gizli planlarını pozur.
Dünən Alman jurnal “Stern” də S-400 batareyalarının Türkiyənin Şərq Aralıq dənizindəki təsirini böyük ölçüdə artıracağını yazmışdı.
Yunanıstan baş naziri Aleksis Çipras, Türkiyənin S-400 alımıyla əlaqədar Yunan kanalı ANT 1-ə açıqlama verərək bu sözləri deyib: "Siyasi sabitliyi olan və problemlərin həlli üçün dialoq kanalları açıq olan bir qonşu istəyirik. Türkiyənin başqa bir qütbə döğru sürüşməsi ehtimalı bizi narahat edir".
Müxalifət.az