Türkiyənin S-400 alışı ilə bağlı sosioloji sorğu: Türklər bu haqda nə düşünür...

Baxış sayı:
400

“Optimar Araşdırma”nın 13-15 iyul tarixləri arasında 1826 adam ilə etdiyi “Türkiyə Gündəmi” araşdırmasında insanlara S-400-lərlə əlaqədar suallar da yönəldilib.
 
Maraqlı nəticə ortaya çıxıb.
Sorğuya qatılanların 63,2 faizi Türkiyənin bu mövzuda doğru davrandığını düşünür.
Türkiyənin bu yöndə səhv etdiyini düşünənlərin nisbəti isə 10.6 faiz təşkil edib.
Türkiyənin mövcud siyasi atmosferi içərisində S-400-lər mövzusuna verilən dəstəyin bu qədər yüksək olması təbii ki, diqqətdən qaça bilməz.
Araşdırmaya görə, AK Partiya, MHP və İYİ Partiyalı elektoratın S-400 siyasətinə verdiyi dəstək daha yüksək görünür.
Ancaq CHP elektoratının yarıya yaxınının (46.6 faizi) HDP seçicisinin isə üçdə birinə yaxınının (28.6 faizi) bu mövzuda Türkiyənin doğru etdiyini düşünməsi də əhəmiyyətli bir məqamdır.
Sorğuya qatılanlara bu mövzuda ikinci bir “ABŞ buna görə Türkiyəyə embarqo tətbiq etsə, geri addım atılmalıdırmı” deyə sual da yönəldilib.
Suala sorğuda iştirak edənlərin 63,9 faizi 'Geri addım atılmamalıdır' deyə cavab verib.
'Geri addım atıla bilər' deyənlərin nisbəti isə 8.9 faiz olub.
Müxalifət.az