Türkiyənin pilotsuz təyyarəsi vuruldu - LİVİYA MİLLİ ORDUSUNDAN BƏYANAT
12-01-2020 23:45
Baxış sayı:
1939
Liviya Milli Ordusu Türkiyə pilotsuz təyyarəsinin məhv edildiyini bildirib.
RİA xəbər verir ki, bu barədə ordu marşalı Xəlifə Haftar açıqlama verib: “Minaatan mərmi daşıyan bir türk pilotsuz təyyarəsi vuruldu. Bu, barışığın pozulmasıdır. O, Abdullah əl-Utayrinin bir dəstəsi tərəfindən vurulub”.
Qeyd edək ki, Türkiyə Liviyanı ələ keçirməyə çalışan Xəlifə Haftara qarşı mübarizə üçün hərbiçilərini Liviya ordusuna dəstəyə göndərmişdi.